EN

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

Biz çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxışında deyib.

O bildirib ki, bölgədən kənar ölkələr maraqlarını ortaya qoyub regiona töhfə verə bilər:

“Müstəqilliyin ilk illərində ümidlərimizi beynəlxalq təşkilatlara bağlamışdıq. Biz hərbi və siyasi yollarla münaqişəni həll etdik. Bu gün Ermənistan və Azərbaycan sülh gündəliyini dərinləşdirir”.

Chosen
67
5
nocomment.az

7Sources