EN

Vətəndaşın xəbəri olmadan onun adına kredit götürülə bilməz Vəkil səbəbləri AÇIQLADI

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dövrdə texnologiyanın inkişafı ilə birlikdə dələduzluq halları da artmaqdadır. İnsanların məlumatlarının onlayn və ya əyani şəkildə sui-istifadə olunması nəticəsində, bəzən kimsə vətəndaşı aldadaraq onun adından qanunsuz olaraq maliyyə əməliyyatları həyata keçirə bilir. Belə hallar yalnız şəxsi maliyyə təhlükəsizliyinə deyil, həm də vətəndaşın etibarına ciddi zərbə vurur. Şəxsi məlumatların icazəsiz istifadəsi müasir cəmiyyətdə önəmli hüquqi və sosial problem kimi diqqət mərkəzindədir.

Məsələ ilə bağlı vəkil Anar Qasımlı Avtosfer.az-a açıqlamasında bildirib ki, vətəndaşın razılığı olmadan onun adına kredit götürülməsi qanunsuzdur:

“Vətəndaşın xəbəri və razılığı olmadan onun adına kredit götürülməsi heç bir şəkildə mümkün deyil. Kredit müqavilələri elektron formada bağlanırsa, bunun üçün müvafiq elektron imza vasitələrindən istifadə oluna bilər və yaxud da görüntü vasitəsilə şəxsiyyət təsdiqlənir. Yəni şəxsiyyət eyniləşdirilir və bundan sonra müqavilə bağlanır. Kağız üzərində müqavilə bağlanırsa, tərəfin şəxsiyyəti eyniləşdirilir və müqavilə həmin şəxsin iştirakı ilə imzalanır. Yəni şəxsin razılığı və xəbəri olmadan onun adına kredit götürülməsi yalnız qeyri-qanuni yollarla, qanunun pozulması ilə, yəni konkret olaraq cinayət törədilməsi ilə mümkün ola bilər. Belə hallarla rastlaşan vətəndaş dərhal müvafiq dövlət orqanlarına müraciət etməlidir. Eyni zamanda həmin kredit müqavilələrinin, yəni bağlanmış müqavilənin etibarsız sayılması üçün məhkəmədə iddia qaldıra bilər”.

Nurcan Babək

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
55
avtosfer.az

1Sources