EN

Qafqazda yeni körpü: Bu iki qonşumuz enerji güclərini birləşdirir

Ermənistan hökuməti 12 mart tarixində “Avropa İttifaqı Qafqaz Elektrik Şəbəkəsi II mərhələ” kredit sazişini təsdiqləyib.

Publika.az xəbər verir ki, saziş Ermənistan ilə Kredit Bərpa və İnkişaf Bankı arasında bağlanıb.

Sazişin məqsədi Ermənistan və Gürcüstanın enerji sistemlərini birləşdirməkdir. Bunun üçün sərhədə yaxın, Ermənistanın Ayrum ərazisində 500/400/220 kV-luq yüksək gərginlikli sabit cərəyan çevrilmə stansiyası tikiləcək.

Layihənin ilk mərhələsində Ermənistan-Gürcüstan enerji mübadiləsi gücü 200 MW-dan 350 MW-a çatdırılacaq, daha sonra regional bazarda tələbə uyğun olaraq bu göstərici 1050 MW-a qədər artırıla bilər.

Ümumilikdə layihənin icrası üçün ayrılan kredit və qrant məbləği vergilərsiz 188,75 milyon avrodur.

Chosen
29
50
publika.az

10Sources