EN

XIII Qlobal Bakı Forumu Türkiyə mediasının diqqət mərkəzindədir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ankara, 12 mart, AZƏRTAC

Türkiyənin aparıcı media orqanları “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunu geniş işıqlandırır.

AZƏRTAC xəbər verir ki, Türkiyənin bir neçə televiziya kanalı Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən, onlarla ölkədən qonaqların toplaşdığı “Gülüstan” sarayındakı tədbirdən canlı yayım təşkil edib.

Çoxmilyonlu auditoriya Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılış mərasimindəki çıxışına xüsusi diqqət yetirib.

Qardaş ölkənin media orqanlarının bəzi materiallarında Azərbaycan liderinin “Ermənistanla sülh yalnız kağız üzərində mövcud deyil” sözləri ön plana çəkilib.

Materiallarda Prezident İlham Əliyevin Azərbaycan üçün regional təhlükəsizliyin əhəmiyyəti və ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə sitatları da yer alıb. Türkiyə ictimaiyyətinə, həmçinin dövlət başçısının bəzi beynəlxalq aktorların Azərbaycana qarşı selektiv yanaşması, nəqliyyat marşrutlarına investisiyalar, neft və qaz qiymətlərinin artması və digər məsələlərlə bağlı fikirləri təqdim olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
2
azertag.az

3Sources