EN

ABŞ strateji ehtiyatından 172 milyon barel neft ayıracaq

Bakı, 12 mart, AZƏRTAC

ABŞ Energetika Nazirliyi çərşənbə günü bildirib ki, Yaxın Şərq müharibəsi neft qiymətlərində sabitliyi pozduğu üçün gələn həftədən etibarən strateji ehtiyatından 172 milyon barel neft buraxacaq.

AZƏRTAC nazirliyin “X” sosial platformasındakı paylaşımına istinadla xəbər verir ki, neftin buraxılması planlaşdırılan axıdılma dərəcələrinə əsasən təxminən 120 gün çəkəcək.

Paylaşımda, həmçinin İran Amerikanın və müttəfiqlərinin enerji təhlükəsizliyini manipulyasiya və təhdid etməkdə ittiham olunub.

Prezident Donald Tramp çərşənbə günü bildirib ki, İranla müharibə zamanı artan neft qiymətlərini azaltmaq üçün ABŞ-nin strateji neft ehtiyatından istifadə edəcək. Amerika lideri Sinsinnati bölgəsinə səfəri zamanı yerli televiziya kanalı WKRC-yə verdiyi müsahibədə deyib. “ Biz bunu edəcəyik və qiymətləri aşağı salacağıq”.

Chosen
35
2
azertag.az

3Sources