EN

Belarusun təbii sərvətlər naziri rüşvət alarkən saxlanıldı

BAKI, 12 mart. TELEQRAF

Belarusun təbii sərvətlər və ətraf mühitin mühafizəsi naziri Sergey Maslyak rüşvət almaq ittihamı ilə istintaq təcridxanasında saxlanılır.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Onu cinayət başında yaxaladılar. Sizi xəbərdar etmişdim ki, biz küçədən keçəni tutmuruq. Ali Məhkəmənin sədri və Baş prokuror buna ciddi nəzarət edirlər. Lazım gələrsə, məlumat verəcəklər”, - Lukaşenko bildirib.

Chosen
32
3
teleqraf.com

4Sources