EN

İlham Əliyev bu şəxsləri Bakıda keçiriləcək Foruma DƏVƏT ETDİ

ain.az, Bizim media saytına istinadən bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etməyə dəvət edib.Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında danışıb."Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığımıza qayıdaraq, bir daha onları təbrik etmək və COP29-un uğurlu keçirilməsinə verdikləri töhfəyə görə minnətdarlığımı bildirmək istərdim.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ondan çox panel müzakirəsi təşkil etmiş, çoxsaylı müzakirələrdə iştirak etmiş və COP29-un uğuruna fəal töhfə vermişdir. Bu il biz daha bir vacib qlobal beynəlxalq tədbir - Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini və bütün kollektivini Forumda fəal iştiraka dəvət edirəm.

Ümid edirəm ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik", - deyə dövlətimizin başçısı bildirib.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
2
bizim.media

3Sources