EN

Tarkanın Dubay və Əbu Dabi konsertləri ləğv oluna bilər

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Türkiyəli məşhur müğənni Tarkanın Dubay və Əbu-Dabidə keçirilməsi planlaşdırılan konsertlərinin taleyi sual altına düşüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzetinin yazarı Mehmet Üstündağ "Gel Konuşalım" verilişində deyib.

O bildirib ki, bölgədə baş verən son hadisələrə görə sənətçi və komandası 16 və 17 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan konsertləri ləğv etməyi düşünür.

Məlumata görə, konsertlərin ləğv edilməsi bölgənin təhlükəsizliyi ilə bağlı mənfi təsəvvür yarada biləcəyi üçün Dubayın yerli hakimiyyəti tədbirlərin baş tutması üçün danışıqları davam etdirir.

Hələlik konsertlərin taleyi ilə bağlı rəsmi qərar açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
2
axsam.az

3Sources