AZ

Tarkan müharibəyə görə konsertini ləğv etdi

Türkiyəli məşhur müğənnisi Tarkan Əbu-Dabidə keçirilməsi planlaşdırılan konsertini ləğv edib. Metbuat.az xəbər verir ki, sənətçinin aprel ayında Əbu-Dabidə baş tutmalı olan iki konserti ABŞ-İsrail-İran müharibəsi səbəbindən proqramdan çıxarılıb. Qərarın təhlükəsizlik və təşkilati məsələlərlə bağlı verildiyi bildirilir. Konsertlərin ləğv olunması bölgədəki təşkilatçılar arasında müzakirələrə səbəb olub. Yerli hakimiyyəti isə tədbirin yenidən təşkil olunması üçün müğənninin komandası ilə danışıqlar aparır.

Tarkanın Birləşmiş Ərəb Əmirliklərində yaşayan pərəstişkarlar konsertlərin başqa tarixdə baş tutacağına ümid edir.

Seçilən
10
2
metbuat.az

3Mənbələr