EN

“Forbes” dünyanın ən zəngin adamlarının siyahısını açıqladı Elon Mask yenə birincidir

ain.az, 525.az saytına istinadən bildirir.

“Forbes” jurnalı dünyanın ən zəngin adamlarının yeni siyahısını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sıralamaya yenə də Elon Mask başçılıq edir. “Tesla”, “SpaceX”, “X” kimi şirkətlərə sahib olan amerikalı iş adamının sərvəti 839 milyard dollar təşkil edir. Maskın sərvəti ötən illə müqayisədə 500 milyard dollar artıb. Elon Mask həm də dünyada 800 milyard dollarlıq sərvətə çatan ilk şəxs olub. O, dünyanın ilk trilyoneri olmaq yolunda irəliləyir.

“Google”nın həmtəsisçisi Larri Peyc 257 milyard dollarlıq xalis sərvəti ilə ikinci sıradadır. İlk üçlüyü onun ortağı Sergey Brin 237 milyard dollarla qapayır.

“Amazon”un təsisçisi Jeff Bezos 224 milyard dollarla dördüncü, “Meta”nın baş direktoru Mark Zukerberq isə 222 milyard dollarla beşinci yerdədir.

Budəfəki siyahıda dünya üzrə milyarderlərin sayı rekord həddə - 3428 nəfərə çatıb. Süni intellekt bumu, dəyişkən bazarlar və əlverişli maliyyə siyasəti sayəsində bu il siyahıya rekord sayda insan daxil olub. Müvafiq olaraq, dünya üzrə milyarderlərin sayı ötən illə müqayisədə 400 nəfər artıb.

Milyarderlərin ümumi sərvəti ötən illə müqayisədə bu il 4 trilyon dollar artaraq rekord həddə - 20,1 trilyon dollara çatıb. Həmçinin qlobal miqyasda 20 şəxsin 100 milyard dollar və ya daha çox sərvətə sahib olduğu aşkar edilib.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
525.az

1Sources