EN

Türkiyənin ədliyyə naziri: ABŞ də “Halkbank”ın təqsirsiz olduğunu başa düşüblər

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ankara, 12 mart, AZƏRTAC

Türkiyənin ədliyyə naziri Akın Gürlek ABŞ hakimiyyəti tərəfindən 2019-cu ildə İrana qarşı iqtisadi sanksiyalardan yayınmaqda ittiham olunan Türkiyə dövlətinə məxsus “Halkbank” bankına qarşı Birləşmiş Ştatlarda açılan cinayət işinin həlli ilə bağlı razılaşmanı alqışlayıb.

AZƏRTAC “Türkiye” qəzetinə istinadla xəbər verir ki, “Halkbank”la bağlı məhkəmə işinə nəzarət edən Manhetten rayon hakimi Riçard Berman əvvəllər tərəflərin “kompromis” əldə etdiyini və bunun nəticəsində Türkiyə bankının təqibinin təxirə salındığını açıqlamışdı.

Sazişin məzmunu ilə bağlı təfərrüat hələ açıqlanmayıb.

Eyni zamanda, Türkiyənin ədliyyə naziri “Halkbank” işindəki qərarı bank qurumunun “təqsirsiz olmasının etiraf edilməsi” adlandırıb. “Proses Türkiyə üçün müsbət istiqamətdə irəliləyir. Bankın təqsirsiz olduğu aydınlaşıb. Hüquqi təqib yox, inzibati prosedurlar nəzərdən keçirilir”, -deyə Gürlek qeyd edib. ABŞ-nin ittihamnaməsində iddia olunur ki, Türkiyə bankı İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində olan şirkətlər və pul xidməti təminatçılarından istifadə edərək məhdudiyyətləri aşmaq üçün mexanizm yaradıb.

“Halkbank”, öz növbəsində, bütün ittihamları rədd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə “Halkbank”a qarşı açılan cinayət işini “qanunsuz” və “iyrənc” adlandırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
azertag.az

2Sources