EN

Nefti ABŞ dən əvvəl Azərbaycan bu üsulla çıxarıb Ekspert faktları AÇIQLADI FOTO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın neft sənayesinin tarixi ilə bağlı maraqlı fakt açıqlanıb.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyularından biri məhz Azərbaycanda yerləşir. Onun sözlərinə görə, 1846-cı ildə Bakının Bibiheybət qəsəbəsi ərazisində sənaye üsulu ilə ilk neft quyusu qazılıb.

Avtosfer.az xəbər verir ki, təxminən 21 metr dərinliyə malik olan bu quyu müasir neft sənayesinin başlanğıcı hesab olunur. Bu fakt Bakının dünya neft tarixində xüsusi yer tutduğunu göstərir.

.Avtomobilə yazılan cərimələrlə bağlı YENİLİK - SMS və tanışlıq kifayət edəcək

Rauf Ağamirzəyev vurğulayıb ki, Bakıda sənaye üsulu ilə neft hasilatına ABŞ-nin Pensilvaniya ştatında 1859-cu ildə qazılan Titusville neft quyusundan təxminən 13 il əvvəl başlanılıb. Bu isə Azərbaycanın neft sənayesinin dünya energetika tarixində mühüm rol oynadığını göstərən faktlardan biridir.

Ekspert əlavə edib ki, tarixi əhəmiyyətə malik həmin quyu sonradan bərpa edilərək 2017-ci ildə açıq hava muzeyi kimi fəaliyyətə başlayıb və hazırda ölkənin neft tarixini nümayiş etdirən mühüm məkanlardan biri hesab olunur.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
94
avtosfer.az

1Sources