Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, çünki bu, münaqişəyə gətirib çıxarır.
Oxuməni.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib və daha əvvəl də belə bir mövqe səsləndirdiyini xatırladıb.
Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsi "münaqişə məntiqi üzərində qurulub". Baş nazir qeyd edib ki, bu məntiqə əməl etmək dövlətə "həqiqətən müstəqil" olmağa imkan vermir.
Almaz Həsənli