EN

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusuna namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, siyahıya dörd futbolçu daxil edilib.

Namizədlərdən biri Xulian Alvares olub. "Atletiko Madrid"in hücumçusu "Tottenhem"ə qarşı oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib. Qarşılaşma Madrid təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Namizədlər arasında həmçinin Federiko Valverde də var. "Real Madrid"in yarımmüdafiəçisi "Mançester Siti"yə qarşı oyunda (3:0) qol vuraraq peşəkar karyerasında ilk het-trikini edib.

Digər namizəd Xviça Kvaratsxeliya olub. PSJ-nin vingeri "Çelsi"yə qarşı oyunda (5:2) iki qol vurub və bir məhsuldar ötürmə edib.

Siyahıda son namizəd isə Maykl Olisedir., "Bavariya"nın hücumçusu "Atalanta"ya qarşı oyunda (6:1) iki qol vurub və bir məhsuldar ötürmə edib. 

Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu üçün səsvermə UEFA-nın rəsmi saytında keçirilir.

 

 

Chosen
17
90deqiqe.az

1Sources