EN

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda bürünc medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Almaniyanın Berlin şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.

Federasiyadan SİA-ya bildirilib ki, Onur Quluzadə U-15, Ələkbər Mirzəliyev isə U -11 yaş dərəcəsində üçüncü yeri tutub.

Bu gün Çexiyaya yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət “üçlük” Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaqlar.

Chosen
44
4
sia.az

10Sources