EN

Əlavə 3 milyard dollar qazanacağıq - AÇIQLAMA

“Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Ermənistanla sülhdən sonra Orta Dəhlizin genişləndirilməsi üzərində çalışıldığını və Naxçıvanla birbaşa əlaqənin yaradılacağını bildirib”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. O qeyd edib ki, Azərbaycan yaxın gələcəkdə Zəngəzur dəhlizindən ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək:

“İran müharibəsi başladıqdan sonra regional geo-siyasi təhdidlərin daha da artması müşahidə edilməkdədir. Bölgədəki yeni düzən Azərbaycan və Ermənistan arasında nəqliyyat və eləcə də iqtisadi əlaqələrin yenidən bərpasını daha da aktuallaşdırıb. İki ölkə arasındakı münasibətlərdə mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Dəhlizin bir elementi olacaq TRİPP-in inşaatı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasına imkan verəcək”.

15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geo-siyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. Bu həmçinin sülhün iqtisadi dividentləri deməkdir”.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
104
12
yenisabah.az

10Sources