Bakı. Trend:
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026 üçün marşalqeydiyyatına start verilib.
Trend xəbərverir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 24–26 sentyabr2026-cı il tarixlərində keçiriləcək yarış üçün marşal proqramınaqoşulmaq istəyən namizədləri qeydiyyatdan keçməyə dəvət edir.
Qeyd edək ki, builki yarış Azərbaycanın Formula 1 təqvimində evsahibliyinin 10-cu ildönümü ilə əlamətdardır və bu xüsusi mərhələniqeyd etmək üçün marşal proqramına qoşulan könüllülər unikal vətarixi bir yarışın ayrılmaz hissəsinə çevriləcəklər.
Marşal ol, Formula 1 həyəcanını yerindəyaşa!
Sürət və adrenalinin zirvəsi hesab olunan Formula 1 yarışınınatmosferini trekə ən yaxın nöqtədən hiss etmək istəyən hər kəs üçünfürsət yaradılıb. Yaşı 21-dən yuxarı olan və dünyanın istənilənölkəsində yaşayan şəxslər Marşal proqramına qoşula bilər.
Marşallar trekdə operativ dəstək göstərərək yarışın təhlükəsizvə uğurlu keçirilməsinə töhfə verirlər.
Beynəlxalq rəsmi lisenziya əldə etməkfursəti
Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurlatamamlayan iştirakçıları Fédération Internationale de l'Automobile(FIA) tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilətəltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil,dünyanın müxtəlif ölkələrində keçirilən Formula 1 qran priləri vədigər avtomobil idmanı yarışlarında iştirak etmək imkanıyaradır.
Qeyd edək ki, ötən il keçirilən Formula 1 Qatar AirwaysAzərbaycan Qran Prisi zamanı yarışın təhlükəsiz və uğurlutəşkilində 1200-ə yaxın marşal iştirak edib və onların 100-dən çoxuxarici ölkələrdən qatılıb.
Necə qoşulmaq olar?
Marşal proqramı haqqında daha ətraflı məlumatı Bakı ŞəhərHalqası Əməliyyat Şirkətinin rəsmi veb-səhifəsindən əldə edə və ya[email protected] elektron ünvanına yazaraq öyrənə bilərsiniz.
Qeydiyyat linki: https://www.bakucitycircuit.com/az/marshals
Bu unudulmaz təcrübənin bir hissəsi olun və Formula 1-inhəyəcanını ən yaxın məsafədən yaşayın!