AZ

Bakıda keçiriləcək “Formula 1” yarışı üçün marşal qeydiyyatı başladı

Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatına start verilib.

Bu barədə 90deqiqe.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Qurum marşal proqramına qoşulmaq istəyən namizədləri qeydiyyatdan keçməyə dəvət edib.

Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən ölkəsində yaşayan şəxslər marşal proqramına qoşula bilərlər. Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla tamamlayan iştirakçıları Beynəlxalq Avtomobil Federasiyası tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilə təltif edəcək.

Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən "Formula 1" üzrə Qran-prilər və digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı yaradır.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Seçilən
64
4
90deqiqe.az

10Mənbələr