EN

“Real” “Siti”ni, PSJ “Çelsi”ni darmadağın etdi – Video


Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Yeniavaz.com
xəbər verir ki, İspaniya nəhəngi “Real Madrid” doğma meydanında İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşıb və rəqibini 3-0 hesabı ilə məğlub edib.
Uruqvaylı yarımmüdafiəçi Federiko Valverde het-trik edib.

Fransa çempionu və Çempionlar Liqasının sonuncu qalibi PSJ Parisdə “Çelsi”ni 5:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 17-də keçiriləcək.
Ötən gecə baş tutan görüşlərin nəticələri belə olub:
“Real Madrid” – “Mançester Siti”: 3:0;
PSJ – “Çelsi”: 5:2;
“Bodo-Qlimt” – “Sportinq”: 3:0;
“Bayer Leverkuzen” – “Arsenal”: 1:1.
Chosen
76
1
yeniavaz.com

2Sources