Eskalasiya başlayandan bəri İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 634-ə çatıb, onlardan 91-i uşaqdır.
"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"İsrailin hücumları nəticəsində ölənlərin sayı 634 nəfərə çatıb, onlardan 91-i uşaqdır, 1 586 nəfər isə yaralanıb", - nazirliyin bəyanatında bildirilib.