EN

İlham Əliyevin Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü oldu


Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub.
Yeniavaz.com
xəbər verir ki, söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı qeyd olunub. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslara toxunuldu və bu çərçivədə aparılmış müzakirələrin önəmi vurğulanıb. 
Etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu, 10 Avropa ölkəsinə qaz ixrac etməsi bunun tərkib hissəsi kimi qiymətləndirilib. 
Görüşdə, həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparılıb, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı bildirilib. Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi vurğulanıb. Bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına toxunulub.
Azərbaycanla Avropa İttifaqı arasında güzəştli tarif prinsipləri əsasında ticarət əlaqələrinin genişləndirilməsinin perspektivləri ətrafında müzakirələr aparılıb. 
Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunmuş nailiyyətlər xüsusi qeyd edilib, Avropa İttifaqının da sülh gündəliyinin irəli aparılmasına hər zaman töhfə verməyə hazır olduğu bildirilib. 
Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektvilərinə dair fikir mübadiləsi aparılıb.
Chosen
42
38
yeniavaz.com

10Sources