EN

AK prezidenti istefa təhlükəsi altındadır – Aİ der Lyaeni sorğu-suala çəkəcək

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropanın artıq köhnə dünya nizamının qoruyucusu ola bilməyəcəyini bəyan etdikdən sonra etimadsızlıq səsverməsi ilə üzləşir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Avropa Parlamentində Avropa Komissiyası prezidentindən narazılıq artır və bəzi üzvlər münaqişənin onu istefaya məcbur etmək cəhdi ilə nəticələnə biləcəyi ehtimalını istisna etmirlər.

Hakim koalisiyanın sosialist üzvləri bu gün fon der Lyaenin "Avropa artıq köhnə dünya nizamının, yox olan və geri qayıtmayacaq bir dünyanın qoruyucusu ola bilməz" ifadəsinə görə onu sərt şəkildə sorğu-sual etmək və tənqid etmək niyyətindədirlər.

Bir sıra üzvlər AK prezidentinin bu sözlərini ABŞ prezidenti Donald Trampın siyasətinə dəstək kimi şərh ediblər.

"Ümid edirəm ki, prezident fon der Lyaen mənim və qrupumun fikrincə, təəccüb və narazılığa səbəb olan bu açıqlamalara aydınlıq gətirə bilər. Beynəlxalq nizamı müdafiə etməyin zəruriliyini sorğulayırsınız? Xeyr, biz bunu qəbul edə bilmərik" - deyə mərkəz-sol Sosialistlər və Demokratlar qrupunun lideri İraçe Qarsiya bildirib.

Avropa Parlamentinin ispaniyalı üzvü Yonas Fernandes fon der Lyaenin "praktik olaraq etimadsızlıq səsverməsi tələb etdiyini" söyləyib.

Üç diplomatın fikrincə, Avropa Parlamenti tezliklə fon der Lyaenin səlahiyyət müddətini başa vurmaq qabiliyyətinə qarşı əsas təhlükəyə çevrilir.

Musavat.com

Chosen
18
musavat.com

1Sources