EN

Ölkəmiz davamlı olaraq iqtisadi və siyasi mövqeyini möhkəmləndirir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Yeni geosiyasi reallıqlar və Azərbaycanın artanrolu

Günümüzün reallıqları Azərbaycanın beynəlxalq münasibətlərsistemində yerinin və rolunun təqdimatıdır. Hər zaman qeyd olunduğukimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin təmin edilməsindəəsas amillərdən biridir. Azərbaycanın malik olduğu iqtisadiimkanlardan səmərəli istifadə etmək üçün atdığı davamlı addımlar bugün beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderilyiniqorumasında, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimimövqeyini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Azərbaycanıncoğrafi mövqeyi, əlverişli tranzit imkanları ölkələr, xalqlararasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsindəstimulverici amildir. Azərbaycanın təşəbbüsləri və liderliyi iləreallaşdırılan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı regiondasabitliyi möhkəmləndirir, iqtisadi inteqrasiyanı sürətləndirir vəenerji təhlükəsizliyini təmin edir. Bu layihələr Azərbaycanınstrateji mövqeyini gücləndirərək, Avropa və Asiya arasında qlobaldəyər zəncirinin və enerji təchizatının mühüm komponentinəçevrilir.

Bu baxımdan Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP)Azərbaycanın yeni tranzit imkanlarının genişləndirilməsində mühümrol oynayacaq. Prezident İlham Əliyevin ötən ilin avqustunda ABŞ-yəişgüzar səfərindən bu günədək keçilən yola nəzər salsaq ölkəmizinyeni dünya nizamının formalaşdığı hazırkı dövrdə söz sahibliyinindaha da möhkəmləndiyini aydın görə bilərik. Təbii ki, həmin səfərçərçivəsində Ermənistanla əldə olunan tarixi sülh razılaşması,imzalanan Birgə Bəyannamə Azərbaycanın ədalətə və beynəlxalq hüquqasöykənən mövqeyinə beynəlxalq dəstəyin təqdimatı oldu. Prezidentİlham Əliyevin daim müsahibələrində qeyd etdiyi kimi, bu tarixisənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakıilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimiolacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. Sülhşəraitində yaşamağı öyrənirik və bu, çox yaxşı bir hissdir.Azərbaycanın Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasınatəsisçi kimi qoşulması ölkəmizin beynəlxalq miqyasda sülh, dialoqvə qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyinin göstəricisidir.Prezident İlham Əliyevin bu ilin yanvarında Davos İqtisadiForumunun ənənəvi keçirilən iclası çərçivəsində “Sülh ŞurasınınNizamnaməsi”nin imzalanması mərasimində, fevral ayında isəVaşinqtonda baş tutan Sülh Şurasının ilk iclasında iştirakı birdaha Prezident İlham Əliyevə böyük etimadın, Azərbaycanınbeynəlxalq nüfuzunun təqdimatı oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasındabildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın beynəlxalqnüfuzunun artmasını təsəvvür etmək üçün təkcə cari ilin ötəndövründə Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin bu vəya digər ölkələrin rəhbərlərinin Azərbaycana səfərlərinin,Prezident İlham Əliyevin qatıldığı beynəlxalq tədbirlərin saytərkibinə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev MünxenTəhlükəsizlik Konfransında iştirak etmək üçün Birinci xanımMehriban Əliyeva ilə birlikdə Almaniya Federativ Respublikasındasəfərdə oldu. Konfrans çərçivəsində Prezident İlham Əliyevin qarşıtərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlər,Azərbaycanın televiziya kanallarına, həmçinin “France 24”telekanalına müsahibəsi ölkəmizin möhkəmlənən iqtisadi və siyasimövqeyinin bir daha nümayiş etdirdi. Prezident İlham ƏliyevinBirləşmiş Ərəb Əmirliklərinə, Serbiyaya işgüzar səfərləri, ABŞ-ninVitse prezdienti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri və səfərzamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanınimzalanması, həmçinin Efiopiya Federativ Demokratik RespublikasınınBaş naziri Abiy Əhməd Əlinin, Avropa İttifaqı Şurasının PrezidentiAntonio Koştanın martın 11-də Azərbaycana rəsmi səfəri və sair kimixarici siyasətimizin əsas tərkib hissəsi olan müxtəlif dövlətlərləikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin hazırkıinkişaf səviyyəsinə işıq salan mühüm məqamlar Azərbaycanın hərzaman yeni körpülər qurmaqda nə qədər maraqlı olduğunu nümayişetdirir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərindəPrezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nıntəqdimolunma mərasimi keçirildi. Prezident İlham Əliyev mərasimdəkiçıxışında bir daha qeyd etdi ki, bugünkü mükafatlandırma mərasimivə hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindənsəylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesabedirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibəvəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir.Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara vəqarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər ikitərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dostölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda,sülh mümkündür.

Göründüyü kimi, qarşılıqlı səfərlər münasibətlərdə yenisəhifənin açılmasının əsasıdır. Çünki bu səfərlər zamanıəməkdaşlığın coğrafiyasının genişləndirilməsinə, əlaqələrin yeniprioritetlər üzrə inkişafına yol açan müzakirələr aparılır,sənədlər imzalanır.

Vüqar Rəhimzadə vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəkiQələbəmizdən sonra Azərbaycanın iqtisadi və siyasi mövqeyinin dahada möhkəmləndiyi diqqətdən kənarda qalmır. Bütün bunlardövlətimizin dövrün hər bir çağırışını yüksək səviyyədə yerinəyetirməsi ilə səciyyələnir. Bu günlərdə ənənəvi olaraq keçirilənCənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərintoplantısında, həmçinin bir müddət öncə Prezident İlham Əliyevinsədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası”adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə də bu kimiməqamlara bir daha nəzər salındı.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan bu ilin 17-22may tarixlərində Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlutədbirlərindən birinə - Ümumdünya Şəhərsalma Forumunun 13-cüsessiyasına ev sahibliyi edəcək. Məzmununa və əhatə dairəsinə görəbu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından(COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobalplatforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnızregional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq vəətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayişetdirir. Yeri gəlmişkən, Azərbaycan müasir şəhərsalma təcrübəsini2022-2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında genişnümayiş etdirdi. Ağdamda, Zəngilanda və Xankəndidə keçirilən butədbirlərin hər biri özündə mühüm çağırışları ehtiva etdi.Prezident İlham Əliyev ötən il Xankəndi şəhərində keçirilən ÜçüncüAzərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətindəbelə bir əminliyi ifadə etdi ki, bugünkü Forum 13-cü ÜmumdünyaŞəhərsalma Forumuna gedən yolda mühüm mərhələdir. Burada aparılanmüzakirələr şəhərlərin planlaşdırılması, bərpası və davamlıinkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsibaxımından xüsusi əhəmiyyət kəsb edəcək, gələcək nəsillər üçün dahayaşıl, inklüziv və firavan yaşayış mühitinin formalaşdırılmasınaxidmət edəcək. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasınınBakı şəhərində keçirilməsi qərarı, eləcə də martın 12-dən 14-dəkkeçiriləcək XIII Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalqnüfuzunun və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadıngöstəricisidir.

Vüqar Rəhimzadə qeyd edib ki, qısa təhlil Azərbaycanınbeynəlxalq nüfuzunun günbəgün artdığını təsdiqləyir. Azərbaycanınev sahibliyi etdiyi beynəlxalq tədbirləri yüksək səviyyədə təşkiletməsi, uğurlu nəticələrə nail olması ölkəmizin dünyada sözsahibliyinin mühüm göstəricilərindən biridir. Keçirilən tədbirlərAzərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasınıtəsdiqləyir. Dünyanın enerji təhlükəsizliyinin təmin edlməsinədavamlı töhfələr verən Azərbaycanın etibarlı tərəfdaş kimimövqeyinin möhkəmlənməsi bu günlərdə ölkəmizdə keçirilən Cənub QazDəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında geniştəhlil edildi. Azərbaycanın hazırda 16 ölkəyə qaz ixrac etdiyixüsusi vurğulandı. Bildirildi ki, hazırkı dövrün əsas çağırışıyaşıl enerjiyə keçiddir ki, Azərbaycanın bu sahədə malik olduğupotensial yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir.COP29 tədbirinin ardınca Azərbaycanın ev sahibliyi edəcəyiÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bir daha malikolduğumuz imkanların, təcrübənin təqdimatında uğurlu səhifə kimitarixə yazılacaq.

Məqalədə:
Chosen
4
5
az.trend.az

6Sources