EN

Coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev: “Ərazilərin bombalanması yerdən səmaya atılan toz hissəciklərin miqdarını artıra bilər”

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Cənubumuzda davam edən müharibə səbəbindən bir çox beynəlxalq aviaşirkətlər təhlükəsizlik məqsədilə marşrutlarını dəyişdirib. Bu vəziyyət Azərbaycanın hava məkanını sanki müasir dövrün “ipək yolu”na çevirib. Bu vəziyyət ölkənin radiasiya və ekoloji çirklənmə risklərini artırırmı? Ölkəyə hər hansı ekoloji ziyan vururmu?

Coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev Bizimyol.info xəbər portalına bildirib ki, yanacaq tullantılarının miqyası ekoloji tarazlığı poza bilməz. “Allah eləməsin AES-ə raket atsınlar, onda bütün region üçün təhlükə yarana bilər, xüsusilə də cənubdan hava kütlələri müdaxilə edərsə. Hal-hazırda belə təhlükə yoxdur. Ərazilərin bombalanması yerdən səmaya atılan toz hissəciklərin miqdarını artıra bilər, bu da kondensasiya nüvələrinin sayını çoxalda və nəticədə yağıntılara gətirib çıxara bilər. Başqa bir ciddi təhlükə gözlənilmir. Hər halda kimyəvi silahlar tətbiq edilmir, ona görə də heç bir zərərli hadisə gözlənilmir.

Тəyyarələrin bizim üzərimizdən keçməsinin böyük təsiri olmayacaq, yanacaq tullantılarının miqyası ekoloji tarazlığı poza bilməz”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
95
bizimyol.info

1Sources