EN

Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb, Vətənə qayıdacaq

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.

Bu barədə APA-ya Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb.

"Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur", - qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
13
apa.az

10Sources