EN

Putin BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, tərəflər Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər. Putin regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıb və BƏƏ rəhbərliyinə ölkədə yaşayan Rusiya vətəndaşlarına göstərilən dəstəyə görə təşəkkür edib.

Rusiya Prezidenti həmçinin Məhəmməd bin Zayed Əl Nəhyanı 65 illik yubileyi münasibətilə təbrik edib və onun Rusiya ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığın inkişafına töhfəsini qeyd edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran bölgədəki ABŞ hərbi bazalarına hücum edib. Partlayışlar Əbu-Dabi, Dubay və Ras əl-Xaymə şəhərlərində qeydə alınıb. Hava nəqliyyatı isə müvəqqəti dayandırılıb.

Seyranə QuliyevaMissiya.Az

Chosen
23
missiya.az

1Sources