EN

Yaponiya hərbçilərinə 4-cü sualtı müşahidə gəmisi verilib

Yaponiyanın 1-ci okean müşahidə bölməsi Mitsubishi Heavy Industries Maritime Systems gəmiqayırma zavodunda inşa edilmiş “Bingo” yeni müşahidə gəmisini təhvil alıb.

Herbiand.az bildirir ki, bu, Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri üçün sifariş edilən “Hibiki” sinifli 4-cü gəmidir.

Müşahidə gəmisinin tikintisi 19,6 milyard yenə (129,2 milyon dollar) başa gəlib. Ekipaj heyəti 40 nəfərdir, göyərtədə helikopter meydançası var.

Bəxtiyar CƏFƏRLİ

Chosen
23
herbiand.az

1Sources