EN

ABŞ İrana qarşı müharibədə bu qədər itki verib: SEPAH

ABŞ İrana qarşı hücumlar nəticəsində 25 milyard dollar zərərə məruz qalıb.

Publika.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı bəyanat yayıb.

İddia olunub ki, Hörmüz boğazının idarə olunması qlobal iqtisadi hesablamalarda İranın təsir gücünü ön plana çıxarıb.

SEPAH həmçinin vurğulayıb ki, regiondakı ABŞ hərbi bazaları fəaliyyətsiz vəziyyətə düşüb və müharibə zamanı Avropa ilə onun tarixi müttəfiqi arasında yaranan məsafə açıq şəkildə üzə çıxıb.

Chosen
23
publika.az

1Sources