EN

“Atropatena Adorbayqan adlı dövlətin yaranması” kitabı təqdim edilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 11 mart, AZƏRTAC

Bakı Konqres Mərkəzində Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənovun müəllifi olduğu “Atropatena - Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın nəşr olunmasının məqsədi qədim dövlətçilik ənənələrimiz barəsində gənc nəslin və dünya ictimaiyyətinin məlumatlılıq səviyyəsini artırmaqdır.

Təqdim olunan nəşrdə Azərbaycanın qədim dövlətçilik tarixinin mühüm mərhələlərindən biri olan Atropatena - Adorbayqan adlı ölkənin yaranmasından öncə olan hadisələr, ölkənin mənşəyi və sərhədlərinin müəyyənləşdirilməsi, ölkənin yaranmasından sonra baş verən hadisələr qədim mənbələrə və tarixi faktlara istinad edilərək oxucu kütləsinə çatdırılıb.

Təqdimat mərasimində çıxış edən H.Həsənov kitabın elmi və tarixi əhəmiyyəti, nəşrin hazırlanma prosesi və əsas elmi tezisləri haqqında qonaqlara ətraflı məlumat verib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə təşkil olunan tədbirin yekununda kitabın imzalanma mərasimi keçirilib və qonaqlar müəlliflə xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, Həsən Həsənovun müxtəlif ölkələrdə çap olunan “Tarixin hədəfi” (2004), “Dünya sivilizasiya tarixində genezis problemi” (2005), “Birinci Respublikaya doğru” (2010), “Qız qalası” (2014), “Makedoniyalı İsgəndər və Atropat” (2017), “Azərbaycanın tarixi-coğrafi atlası”, “Azərbaycanın tarixi-etnoqrafik atlası” (2025) və başqa kitabları müasir Azərbaycan tarixşünaslıq elminə ciddi töhfədir. Eyni zamanda o, Azərbaycanda siyasi memuarın ilk nümunələrindən olan “Heydər Əliyev: parlaq və xarizmatik şəxsiyyət haqqında xatirələr” (2023) kitabının müəllifidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
4
azertag.az

5Sources