EN

İran müraciət etdi: ABŞ və İsrail qüvvələrinin yerini göstərin ki, mülki hədəflərdən yayınaq

İran silahlı qüvvələri müsəlman əhalidən və region ölkələrindən ABŞ və İsrail qüvvələrinin yerini göstərmələrini istəyib ki, bununla daha dəqiq zərbələr endirə bilsinlər və mülki hədəflərdən yayınmaq mümkün olsun.

Herbiand.az xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Əbolfəzl Şekarçi bildirib.

“Biz müsəlman əhalidən və regiondakı ölkələrdən Amerika-sionist qüvvələrinin yerini bizə göstərmələrini xahiş etdik ki, onlara zərər dəyməsin və biz region əhalisindən canlı qalxan kimi istifadə edənləri  daha dəqiq hədəfə ala bilək. O zaman region xalqı İran silahlı qüvvələrinin sarsıdıcı zərbələrindən təhlükəsiz qalardı və biz onları ABŞ və İsrailin şərindən xilas edərdik”, - Şekarçi deyib.

O qeyd edib ki, İran Silahlı Qüvvələri tezliklə qisas əməliyyatı həyata keçirəcək və Yaxın Şərqdəki ABŞ və İsrail hədəflərinə sarsıdıcı zərbələr endirəcək.

Bəxtiyar CƏFƏRLİ

Chosen
16
herbiand.az

1Sources