EN

İranın yeni lideri də yaralanıb? - Yusif Pezeşkiandan açıqlama

Son 12 gündə, müharibənin başlamasından və hətta İranın yeni lideri təyin olunmasından sonra belə, Müctəba Xamenei hələ də ictimaiyyət qarşısına çıxmayıb.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, yayılan yaralanma məlumatları fonunda onun sağlamlığını təsdiqləyən heç bir görüntü yayımlanmayıb.

Müharibə vəziyyətində bu qeyri-adi yoxluq onun yaralı olduğu barədə fərziyyələri artırıb. 

Lakin prezident Məsud Pezzekianın oğlu Yusif özünün "İnstagram" hesabında bu barədə paylaşım edərək, İslam Respublikasının yeni lideri Müctəba Xameneinin sağlam və təhlükəsiz olduğunu iddia edib. 

"Cənab Müctəba Xameneinin yaralandığı xəbərini eşitdim. Yaxın dostlarıma müraciət etdim. Dedilər ki, Allaha şükür, sağ-salamatdır", - deyə o qeyd edib. 

Yusif Pezeşkianın bu açıqlamaları İranın yeni liderinin ağır yaralandığı barədə şayiələri təkzib edir, lakin İran mediası və müstəqil mənbələr hələlik Müctəbanın yaralandığını təkzib etməyiblər.

Ağarza Elçinoğlu 

Chosen
7
unikal.az

1Sources