EN

Muradla Zəhra arasında “Avroviziya” mübahisəsi

Müğənni Murad Ariflə şairə Zəhra Bədəlbəyli arasında “Avroviziya”ya görə mübahisə yaşanıb. 

Musavat.com xəbər verir ki, Murad Arif Zəhranın builki mahnımızı tənqid etdiyi statusa şərh yazaraq tənqidi fikirlər səsləndirib:

“Zəhra, balaca uşaqlar elə biləcək ki, hər şey yazdığın kimidir. Halbuki, bir zamanlar “Avroviziya” ölkəyə maraqlı idi, gənclər və idman naziri böyük büdcə ayırırdı, siz də öz ölkəmizdə yerli kadrlar hazırlamaq əvəzinə pulu basırdınız isveçli, ukraynalı, yunan mütəxəssislərə... Allahın suyunu daşıyan, tər silənlər də əcnəbilər idi. Gözlərimin şahidiyəm.

18 il əcnəbi mahnılarla ölkə təmsil etdiniz. İndi büdcə qurtarıb, 6-7 ildir diletantlarla çalışılır. Bu da pisdir, hə. Amma xahiş edirəm, indiki “Avroviziya” problemlərinin kökünü elə 2009-2023 aralığındakı “uğurlu-evropeyski” mahnıları seçənlərdə axtarın. Mən o vaxtdan susmuram, amma siz bal kimi gedib, ölkəmizə yad musiqilərlə bayraq qaldırmısınız... Heç nə unudulmur. Bu da ki, sizin yaratmadığınız yerli bazanın nəticəsidir”.

Zəhra Bədəlbəyli isə Murad Arifin fikirlərinə bu cavabı verib:

“Burda həqiqətlər var, amma yazdığın kimi deyil. Kanardan izləmək başqa, lap yaxın məsafədən bir işin içində olmaq tam başqa. Ona görə də fikirlərin mənim fikirlərimdən fərqli ola bilər. Amma həqiqəti mənə göstərmək lazım deyil, əzizim”.

Könül
Musavat.com

Chosen
30
1
musavat.com

10Sources