AZ

Avroviziya İLƏ BAĞLI ŞOK FAKTLAR-"Pulu basırdınız isveçli, ukraynalı, yunan mütəxəssislərə…"

Müğənni-aparıcı Murad Arif şairə Zəhra Bədəlbəylinin “Avroviziya 2026” ilə bağlı açıqlamasına sərt reaksiya verib.

Modern.az xəbər verir ki, M.Arif problemin kökünə görə Z.Bədəlbəylinin özünü tənqid edib:

“Zəhra, balaca uşaqlar elə biləcək ki, hər şey yazdığın kimidir. Halbuki, bir zamanlar Avroviziya ölkəyə maraqlı idi, Gənclər və İdman naziri böyük büdcə ayırırdı, siz də öz ölkəmizdə yerli kadrlar hazırlamaq əvəzinə, pulu basırdınız isveçli, ukraynalı, yunan mütəxəssislərə… Allahın suyunu daşıyan, tər silənlər də əcnəbilər idi. Gözlərimin şahidiyəm.

18 il əcnəbi mahnılarla ölkə təmsil etdiniz. İndi büdcə qurtarıb, 6-7 ildir diletantlarla çalışılır. Bu da pisdir, hə. Amma xahiş edirəm, indiki Avroviziya problemlərinin kökünü elə 2009-2023 aralığındakı “uğurlu- evropeyski” mahnıları seçənlərdə axtarın. Mən o vaxtdan susmuram, amma siz bal kimi gedib, ölkəmizə yad musiqilərlə bayraq qaldırmısınız… Heç nə unudulmur. Bu da ki, sizin yaratmadığınız yerli bazanın nəticəsidir”.

Qeyd edək ki, Z. Bədəlbəyli dünən yayımlanan "Avroviziya" mahnımızı tənqid etmiş və mahnının Azərbaycanı təmsil etmədiyini söyləmişdi:

“Komanda çox vacibdir. Peşəkar komanda və ona rəhbərlik edən peşəkar insan olmayanda nəticə əldə etmək çətin olur. İstedadlı ifaçı ümumi işin təxminən 10 faizidir. Yaxşı mahnı 30 faiz, səhnə quruluşu isə təxminən 20 faiz rol oynayır. Qalan 50 faiz isə hazırlıq prosesindən, konseptual yanaşmadan və detallara diqqətdən asılıdır”, – deyə prodüser bildirib.


Seçilən
31
3
azia.az

10Mənbələr