EN

İran müharibəsi turizmi ÇÖKDÜRÜR - Gündə 600 milyon dollar İTKİ

Yaxın Şərqdəki münaqişə turizm sektoruna gündə 600 milyon dollar zərər vurur.

Musavat.com xəbər verir ki, bu barədə “The Financial Times” nəşri Dünyanın Turizm və Səyahətlər Şurasının (WTTC) məlumatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, Yaxın Şərqdəki gərginlik turizm sektoruna ciddi zərər vurur.

"Qısa müddətli fasilələr belə bölgədə turizm istiqamətləri, müəssisələr və işçilər üçün sürətlə ciddi iqtisadi itkilərə səbəb ola bilər", - WTTC-nin sədri Qloriya Gevara bildirib.

Münaqişə başlamazdan əvvəl WTTC 2026-cı ildə Yaxın Şərqdə xarici turistlərin təxminən 207 milyard dollar xərcləyəcəyini proqnozlaşdırırdı.

Musavat.com

Chosen
82
1
musavat.com

2Sources