Fransanın “Olimpik” (Lion) klubunun 29 yaşlı qapıçısı Remi Deşam Liqa 1 təmsilçisi ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər arasında imzalanmış yeni saziş 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Remi Deşam peşəkar karyerası ərzində PSJ, “Tur”, “Klermon”, “Şarlerua” və “Nant” kimi klubların şərəfini qoruyub. Lion “Olimpik”i onu 2024-cü ilin yayında azad agent kimi heyətinə qatıb. Fransalı qapıçı cari mövsümdə Lion klubunun heyətində bütün turnirlər çərçivəsində cəmi 12 matçda iştirak edib və qapısında 9 qol görüb, 7 görüşü “quru” hesabla başa vurub. Deşamın “Olimpik” karyerası bütövlükdə 15 oyun, 14 buraxılmış qol və 7 “quru” matçdan ibarətdir.
Deşam ölkəsinin milli komandalarında forma geyinmək şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
