Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 23-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həmin qərarların siyahısı ilə sizi də tanış edir:
Azərbaycan Premyer Liqa, 23-cü tur
“Şamaxı” – “İmişli” oyununda “İmişli”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.
“Zirə” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib.
“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə paytaxt komandası 15 000 manat cərimə edilib.
“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə paytaxt klubu 8000 manat cərimə edilib.
