EN

Masallıda sürücülük hüququ olmayan gəncin sükan arxasına keçməsi faciə ilə nəticələnib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 mart, AZƏRTAC

Masallı rayonunda sürücülük hüququ olmayan gəncin törətdiyi yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, həmkəndlisi Kənan Rufullayevə məxsus “Mercedes” markalı avtomobilin sükanı arxasına keçən Orxan Zamanov gecə saat 02:00 radələrində yaşadıqları Mahmudavar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək daş hasara çırpılıb.

Hadisə nəticəsində 21 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə etməyi ona həvalə edən Kənan Rufullayev isə xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi, eləcə də avtomobilin belə şəxslərə etibar olunması yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, çox vaxt ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur. Sürücülərdən və nəqliyyat vasitəsi sahiblərindən tələb edilir ki, bu kimi məsuliyyətsiz davranışlardan çəkinərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına qoymasınlar”, - deyə məlumatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
83
9
azertag.az

10Sources