Afət Fərmanqızı qazı üçün baxıcı axtarır.
“Yeni Sabah” xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında paylaşım edib.
“Qazımız üçün baxıcı axtarırıq. İngilis dilini bilən olsun. Çünki qazımız ingiliscə bilir. Zəhmət haqqı da yaxşıdır. Toya da qazla getmək 7 min dollardır. Onsuz bir az ucuzdur. Ağzınıza gələni yazırsınız, amma bizim dəyərli sənətkarlarımız eşşəklə, itlə klip çəkdirir. Mən də yenilik edib özümə qaz aldım”.
Xatırladaq ki, müğənniyə əri 8 Martda qaz hədiyyə edib.
Aydan Hacı
Telegram kanalımız