EN

“Bu kitabı oğurlamayın” Tanınmış yazıçılar süni intellektin icazəsiz addımına qarşı

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyada yazıçılar süni intellekt şirkətlərinin müəllif hüquqları ilə qorunan kitabları icazəsiz istifadə etməsinə qarşı etiraz aksiyası keçiriblər.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, London Kitab Sərgisində təqdim olunan “Bu kitabı oğurlamayın” (“Don’t steal this book”) adlı kitab demək olar ki, boş səhifələrdən ibarətdir və yalnız minlərlə müəllifin adını ehtiva edir.

Layihəyə Kazuo İşiquro və Alan Mur kimi tanınmış yazıçılar da qoşulub.

Etirazın səbəbi Böyük Britaniya hökumətinin süni intellekt şirkətlərinə müəllif hüquqları ilə qorunan əsərləri icazəsiz istifadə etməyə imkan verə biləcək qanun dəyişikliklərini nəzərdən keçirməsidir.

Qeyd edək ki, yazıçılar bu addımın yaradıcılıq sahəsində çalışanların hüquqlarını və gəlirlərini təhlükə altına qoyacağını bildirirlər.

“Ayı” tamaşasının premyerası olacaq

Rusiyada teleqram bu tarixdən bloklanacaq

Ananın ölümü - Ənvər Məmmədxanlının hekayəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
2
kulis.az

3Sources