EN

İran Fars körfəzi ölkələrinə çağırış edib

İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şəkarçi Fars körfəzi ölkələrini ABŞ və İsrail qoşunlarının təhlükəsiz sığınacaqlarının yerlərini müəyyən etməyə çağırıb.

Missiya.Az xəbər verir ki, bu barrədə xarici KİV məlumat yayıb.O bildirib ki, bu addım mülki şəxslərə dəyə biləcək ziyanın minimuma endirilməsinə və zərbələrin dəqiqliyinin artırılmasına kömək edə bilər.

Qeyd olunub ki, ötən gecə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ-nin hava bazalarına qarşı 36-cı zərbə dalğasının başladığını elan edib.

Eyni zamanda, Tehranda və paytaxtın ətrafında yerləşən Şəhriyar şəhərində partlayış səslərinin eşidildiyi bildirilib.

Digər tərəfdən, İsrail Müdafiə Qüvvələri (İMQ) Tehrana qarşı yeni hücum dalğasının başladığını açıqlayıb. Daha sonra İsrail ordusu İran tərəfindən buraxılan raketlərin aşkar edildiyini bildirib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
62
missiya.az

1Sources