EN

Slot "Qalatasaray"a məğlubiyyətdən sonra hakimi qınadı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində dünən səfərdə "Qalatasaray"a uduzan (0:1) "Liverpul"un baş məşqçisi Arne Slot matçın ardından təşkil edilən mətbuat konfransında ispan referi Xesus Xil Mansanonun rəhbərlik etdiyi hakimlər briqadasının idarəçiliyindən gileylənib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Ləğv olunan qol barədə müxtəlif fikirlər eşitdim. Hakim doğru qərar veribsə belə, buna qədər bizim müdafiəçimiz Vircil van Deykin əlindən dartdıqları halda, referinin epizoda reaksiyasını görmədik. "Qalatasaray"ın futbolçularına tərəf baxdığımız epizodlarda da bizim əleyhimizə cərimə zərbəsi təyin olunurdu. Görünən budur ki, stadiondakı ab-hava yalnız bizim komandaya təsir etməmişdi".

Tərəflərin cavab qarşılaşması martın 18-də "Enfild"də baş tutacaq.

Toğrul

Chosen
15
1
fanat.az

2Sources