AZ

Slot Qalatasaray a məğlubiyyətdən sonra hakimi qınadı

ain.az, Fanat portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində dünən səfərdə "Qalatasaray"a uduzan (0:1) "Liverpul"un baş məşqçisi Arne Slot matçın ardından ispan referi Xesus Xil Mansanonun idarəçiliyindən gileylənib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Ləğv olunan qol barədə müxtəlif fikirlər eşitdim. Hakim doğru qərar veribsə belə, buna qədər bizim müdafiəçimiz Vircil van Deykin əlindən dartdıqları halda, referinin epizoda reaksiyasını görmədik. "Qalatasaray"ın futbolçularına tərəf baxdığımız epizodlarda da bizim əleyhimizə cərimə zərbəsi təyin olunurdu. Görünən budur ki, stadiondakı ab-hava yalnız bizim komandaya təsir etməmişdi".

Tərəflərin cavab qarşılaşması martın 18-də "Enfild"də baş tutacaq.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
fanat.az

2Mənbələr