Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya Superliqasında 27-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda evdə “Teuta” ilə qarşılaşıb.
Görüş "Eqnatiya"nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Zamiq də bu matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Eqnatiya” hazırda Superliqada 49 xalla 3-cü yerdədir.
"Eqnatiya" - "Teuta" 4:2
Qollar: Albanese, 39, Adyessa, 45+3, Buriç, 78, Medeyros, 90+3-pen. - Zoqos, 25, Makolli, 53-pen.