EN

Tramp Texasda NEZ-in açılacağının anonsunu verib

ABŞ prezidenti Donald Tramp Texasda neft emalı zavodu açmaq planlarını açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

"50 ildən sonra ilk neft emalı zavodu Texasın Braunsvill şəhərində açılır", - Tramp qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Braunsvill Limanında neft emalı zavodunun açılışı ABŞ bazarlarına yanacaq tədarükünü təmin edəcək, milli təhlükəsizliyi gücləndirəcək, ABŞ-da enerji istehsalını sürətləndirəcək və milyardlarla dollar maliyyə faydası yaradacaq.

Chosen
50
2
apa.az

3Sources