EN

ŞKTR-nin baş naziri Bakıya dəvət edildi

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin ikinci toplantısına dəvət olunub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında TDT-nin baş katibi Kubanıçbek Ömüraliyevlə görüşünə dair etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, Ü.Üstelin Bakıya dəvət olunmasını Türk dünyası həmrəyliyinin təbii təzahürüdür:

"Türk dünyasının üz-üzə olduğu regional və qlobal haisələr qarşısında birgə hərəkət etməsi və dövlətlər arası koordinasiyanın artması həyati əhəmiyyət kəsb edir".

Chosen
49
4
publika.az

5Sources