AZ

Şimali Kipr Türk Respublikasının baş naziri TDT-nin Bakıda keçiriləcək toplantısına dəvət edilib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin ikinci toplantısına dəvət olunub.

Far.Az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında TDT-nin baş katibi Kubanıçbek Ömüraliyevlə görüşünə dair etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, Ü.Üstelin Bakıya dəvət olunmasını Türk dünyası həmrəyliyinin təbii təzahürüdür:

"Türk dünyasının üz-üzə olduğu regional və qlobal haisələr qarşısında birgə hərəkət etməsi və dövlətlər arası koordinasiyanın artması həyati əhəmiyyət kəsb edir".

Xatırladaq ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü keçiriləcək.

Seçilən
34
4
far.az

5Mənbələr