EN

Azərbaycanla münasibətlər ağlasığmaz şəkildə dəyişib ABŞ

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ötənilki konfransdan bəri ABŞ-Azərbaycan münasibətləri ağlasığmaz şəkildə dəyişib və bu dəyişikliklər Prezident Trampın Prezident İlham Əliyevlə 8 avqustda keçirdiyi tarixi Sülh Sammiti sayəsində mümkün olub.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin enerji və kritik minerallar üzrə köməkçisinin müavini Reqqi Sinx deyib.

O, bildirib ki, bu görüş 30 illik Azərbaycan-Ermənistan münaqişəsinin həll olunmasına gətirib çıxarıb və yeni sabitlik, təhlükəsizlik və rifah dövrünü açıb:

“Cənubi Qafqazda sülhün açarlarından biri Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun yaradılması idi. TRİPP onilliklər ərzində ilk dəfə olaraq Azərbaycanı Naxçıvanla yenidən birləşdirəcək inqilabi, unikal bir layihədir. Bu, uzun müddət bağlı olan regional ticarət yollarını bərpa edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
110
axar.az

1Sources