EN

Nəriman Kolambus Kryu ya qoşuldu, əsas komandada məşq etdi!

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

"Qarabağ"la yollarını ayıran Nəriman Axundzadə martın 8-də yeni komandasının - "Kolambus Kryu"nun düşərgəsinə qoşulmaq üçün ABŞ-yə yollandı. Ohayo ştatına gedən hücumçu dünən səhər saatlarında artıq orda idi.Nərimanın meneceri Tural Əsgərlinin "Futbol+"ə verdiyi məlumata görə, bu gün tibbi müayinələrdən uğurla keçən futbolçu yeni iş yerinə ilk məşqə də çıxıb! Onun əsas komandayla birgə çalışdığını da bildirək.Maraq üçün qeyd edək ki, ABŞ-də artıq mövsümə start verilib. "Kolambus Kryu" ilk üç turun oyunlarını geridə qoyub - "Portland"a uduzan (2:3) komanda "Kanzas Siti" və "Çikaqo" ilə heç-heçəyə razılaşıb (2:2, 0:0). 4-cü tur matçı martın 14-də "Neşvill"ə qarşı keçiriləcək. Nərimanın yollarını ayırsa da, "Qarabağ"ın heyətində məşqlərdə iştirak etdiyini nəzərə alsaq, qarşıdakı görüşdə forma geymək ehtimalı az deyil.Xatırladaq ki, 21 yaşlı hücumçu Ohayo təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb. Ayrılıq fevralın 10-da reallaşsa da, oyunçu üçün işçi vizasının alınması yubanırdı.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
icma.az

2Sources