Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, Musa Ağayev (65 kq) erməni rəqibi Arman Musikyana 6:4 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, daha əvvəl Vasif Bağırov (57 kq) gümüş medal qazanıb.
Xatırladaq ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.