EN

Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər Təklif hazırlandı

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.

O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:

"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".

M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
13
avtosfer.az

10Sources